TOEFL IBT QEYDIYYAT LINKI
TOEFL nədir?
TOEFL® testi kolleclərdə və universitetlərdə İngilis dilində ünsiyyət saxlamaq üçün sizin imkanınızı ölçür. 130-dan çox ölkədə 7,000dən çox universitetin qəbul etdiyi TOEFL dünyada ən çox qəbul olunan İngilis dilli testidir.
TOEFL üçün necə və nəft vaxt qeydiyyatdan keçmək lazımdır?
Onlayn qeydiyyat ın asan yoldur. Test günündən 3-4 ay əvvəldən başlayaraq qeydiyyatdan keçmək olar. Yerlər tez dolduğuna gorə tez qeydiyyatdan keçməyiniz yaxşıdır. Poçtla və ya telefonla da qeydiyyatdan keçmək mümkündür.
TOEFL İBT-ni nə vaxt və harada verə bilərəm? İmtahan haqqı nə qədərdir?
İmtahan tarixləri və ödənişlər üçün bu linkə baxa bilərsiniz:
Nəticələrimi necə əldə edəcəyəm?
Adətən imtahan günündən 15 gün sonra nəticələr onlayn yerləşdirilir, sonra isə poçtla sizə və seçdiyiniz universitetlərə göndərilir.
Sonradan əlavə olaraq nəticəmi necə sifariş edə bilərəm?
Proses asandır. Az ödəniş etməklə (hər universitet üçün 17$) istədiyiniz qədər universitetə nəticələrinizi göndərə bilərsiniz.
Nəticələr nə qədər müddətdə keçərlidir?
İmtahan günündən sonrakı 2 il müddətində ETS cavabları göndərə bilər
İnternet-based TOEFL (İBT) nədir?
Test İngilis dilindədir və 4 bölmədən ibarətdir – Reading (oxu), Listening (Dinləmə), Speaking (danışıq), Writing (yazı). İmtahan təxminən 4 saat yarım davam edir.
Section Time Limit No. of Questions
Reading 60-100 dəqiqə 36-70
Listening 60-90 dəqiqə 34-51
Fasilə 10 dəqiqə —
Speaking 20 dəqiqə 6 tapşırıq
Writing 50 dəqiqə 2 tapşırıq
İmtahanın ancaq bir bölməsini verə bilərəm?
Xeyr. Nəticəni almaq üçün imtahanı tam vermək lazımdır.
TOEFL imtahanında keçid balı nə qədərdir?
TOEFL-da keçid və ya kəsilmə balı yoxdur, bal tələblərini hər müəssisə özü qoyur. Müəyyən universitetlərin keçid balına bu linkdən baxa bilərsiniz:
TOEFL ödənişinə nələr daxildir?
Nəticənizin sizə və seçdiyiniz 4 müəssisəyə bilavasitə ETS ilə göndərilməsi.
